Futbolun İnkişaf Fondunun əməkdaşları Ağstafa və Qazax rayonlarında olublar

Xəbərlər
8 Avqust 2025 17:34
46
Futbolun İnkişaf Fondunun əməkdaşları Ağstafa və Qazax rayonlarında olublar

Futbolun İnkişaf Fondunun (FİF) əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər ediblər.

İdman.biz xəbər verir ki, bu barədə FİF-in mətbaut xidməti məlumat yayıb.

Səfər zamanı hər iki bölgənin təmsilçiləri ilə görüşlər keçirilib, klubların dayanıqlılığının təmin olunması və maliyyə kanallarının yaradılması yolları, FİF tərəfindən dəstək imkanları müzakirə olunub.

FİF-in icraçı direktoru Tural Piriyev Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüb. İcra başçısına fondun regionda gördüyü işlər və planları, bölgə təmsilçisinin hazırki vəziyyəti barədə məlumat verilib.

Bununla yanaşı, FİF tərəfindən artıq yekunlaşan sosial layihədə istifadə edilən idman ləvazimatları uşaq futbolunun inkişafı məqsədilə “Ağstafa Gəncləri” və “Göyəzən” futbol klublarına təmənnasız bağışlanılıb.

İdman.biz