Julio Romao: “Qarabağ”la oynamaq üçün böyük şansımız var”

Xəbərlər
8 Avqust 2025 17:50
54
Julio Romao: “Qarabağ”la oynamaq üçün böyük şansımız var”

“Bizim “Qarabağ”la oynamaq üçün böyük şansımız var. Amma əvvəlcə “Ludoqorets”lə oyun barədə düşünməliyik”.

İdman.biz xəbər verir ki, bunu futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda Macarıstanın “Ferentsvaroş” klubunda çıxış edən Julio Romao deyib.

Braziliyalı Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibi olmalarından danışıb. Yarımmüdafiəçi əvvəlcə 3-cü təsnifatda “Ludoqorets”ə qarşı keçirəcəkləri cavab matçını düşündüklərini sözlərinə əlavə edib: “Bizi Bolqarıstan klubu ilə çətin oyun gözləyir. Səfərdə 0:0 etmişik, ikinci matçımızı evdə keçirəcəyik. Əvvəlcə onları məğlub etməyə çalışacağıq. Ondan sonra “Qarabağ” haqqında düşünə bilərik”.

“Qarabağ”la üz-üzə gəlsəniz, buna sevinəcəksən” sualına isə Romao bu cür cavab verib: “Əvvəlcə, “Ludoqorets”i məğlub etməliyik ki, mən bu barədə düşünə biləm. Çünki bizi ağır səfər matçı gözləyir. İndi bütün fikrim ordadır”.

Yarımmüdafiəçi Ağdam klubunun Çempionlar Liqasında indiyə qədər keçirdiyi oyunları izlədiyini bildirib: “Qarabağ”ın oyunlarına baxmışam. Həmişəki kimi yaxşı komandadırlar, Çempionlar Liqasında necə oynayacaqlarını bilirlər. Ona görə də nəticə qazanmağı bacarırlar”.

İdman.biz