"Traktor"un sabiq forvardı Azərbaycan klubunda

Xəbərlər
7 Avqust 2025 13:28
62
"Traktor"un sabiq  forvardı Azərbaycan klubunda

Azərbaycan I Liqasında çempionluğa iddialılardan olan “Şəfa” heyətini gücləndirib.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Amir Ebrahimzadehlə anlaşıb.

21 yaşlı mərkəz hücumçusu yaxın günlərdə “Şəfa”nın düşərgəsinə qoşulacaq.

“Traktor”un yetirməsi olan Ebrahimzade əsas komandada da çıxış edib. Onun son klubu isə “Aluminium Arak” olub.

"Şəfa" onunla 1 illik müqavilə imzalayacaq. Amir İranın U-16, U-19, U-20 və U-23 yığmasında da çıxış edib.

İdman.biz