Coşqun Diniyev "Çorum"dan ayrılıb

28 İyul 2025 09:28
214
Coşqun Diniyev "Çorum"dan ayrılıb

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundan ayrılıb.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Diniyev "Çorum"la bu ilin fevralında müqavilə imzalamışdı.

İdman.biz

Məqalədə: