Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Kayzerslautern” klubu İtaliyanın “Roma” klubu ilə yoldaşlıq oyunu keçirib.
İdman.biz xəbər verir ki, Kayzerslauterndə keçirilən görüşün ilk hissəsində oynayan Emreli sonra əvəzlənib.
Qarşılaşma A seriyası təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu, “qırmızı şeytanlar”ın II Bundesliqada mövsüm başlamazdan əvvəl sonuncu yoldaşlıq görüşü olub. Avqustun 3-də komanda yeni mövsümə “Hannover”lə oyunla başlayır.
İdman.biz