“Neftçi” qapıçı transferini rəsmiləşdirib.
İdman.biz xəbərr verir ki, paytaxt klubu Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriçi heyətini qatıb.
“Neftçi” 31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlayıb. Piriç Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında legioner həyatı yaşayıb. O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub. Kenan 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib.
Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının heyətində 8 oyun keçirib.
İdman.biz