"Neftçi"dən ayrılan futbolçu "Səbail"də

Xəbərlər
23 İyul 2025 13:33
110
"Neftçi"dən ayrılan futbolçu "Səbail"də

"Səbail" daha bir futbolçu ilə heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, "Neftçi"dən ayrılan Rəhman Hacıyev "dənizçilər"in sıralarına qatılıb.

Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Bakı klubu 2025/26 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.

İdman.biz