"Hər iki komandanı vacib oyun gözləyir".
İdman.biz xəbər verir ki, bunu Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” – “Hayduk” oyunundan öncə keçirilən mətbuat konfransı Qismət Alıyev deyib.
Paytaxt klubunun kapitanı oyuna tam hazır olduqlarını bildirib: "Məşqçilər bizə lazın olan məlumatları veriblər. Oyuna tam hazırıq. Ən yaxşısını etməyə çalışacağıq ki, ilk matçda istədiyimiz nəticəni qazanaq".
Qeyd edək ki, “Zirə” – “Hayduk” matçı saat 19:30-da start götürəcək.
İdman.biz