"Zirə" Rafael Utziqə cəza - klub futbolçudan imtina edir

Xəbərlər
22 İyul 2025 21:47
47
"Zirə" Rafael Utziqə cəza - klub futbolçudan imtina edir

"Zirə"nin braziliyalı futbolçu Rafael Utziqlə yollarını ayıracaq.

İdman.biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov deyib.

Təcrübəli mütəxəssis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında Utziqin davranışların münasibət bildirib. Sadıqov legioner futbolçunun klubun düşərgəsinə gec qoşulduğunu əsas gətirərək, onun əvəzedici komandaya göndərdiklərini vurğulayıb. Bundan başqa, Rafael pul cəzası ilə də üzləşib.

Qeyd edək ki, Utziqlə bağlı "Zirə"yə verilən təkliflər klubu qane etməyib.