“Səbail”in hazırlıq proqramı açıqlanıb

Xəbərlər
21 İyul 2025 14:26
47
“Səbail”in hazırlıq proqramı açıqlanıb

2025/2026-cı il mövsümündə 1-ci liqada mübarizə aparacaq “Səbail”in hazırlıq proqramı açıqlanıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, Bakı təmsilçisi toplanışa iyulun 25-də start verəcək.

Komandanın təlim-məşq toplanışı “ASCO Arena” olacaq. Hazırlıq mərhələsi çərçivəsində Elvin Məmmədovun rəhbərlik etdiyi komanda 4 yoxlama oyunu keçirəcək. Rəqiblər hələ dəqiqləşməyib.

İdman.biz