Azərbaycanın U-15 millisi Çili yığması ilə qarşılaşacaq

27 Oktyabr 2026 11:29
106
Azərbaycanın U-15 millisi Çili yığması ilə qarşılaşacaq

Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında mübarizəni davam etdirən Azərbaycan millisinin növbəti mərhələdəki rəqibi dəqiqləşib.

İdman.Biz xəbər verir ki, yığmamız 65-96-cı yerlər uğrunda mübarizə çərçivəsində C Divizionunun 1/16 final mərhələsində Çili millisi ilə qarşılaşacaq.

28 oktyabr, saat 11:30-da başlayacaq matç Hövsan Yarış Kompleksinin 7B stadionunda təşkil olunacaq.

Komandamız qalib gələrsə, növbəti mərhələdə rəqibi Belarus və Cəbəllütariq yığmaları arasındakı görüşün güclüsü olacaq. Məğlub komanda isə həmin cütün uduzan tərəfi ilə mübarizə aparacaq.

C Divizionunun 1/16 final qarşılaşmaları:
11:30 Azərbaycan - Çili
11:30 Panama - Qazaxıstan
11:30 Tailand - Əfqanıstan
11:30 Uqanda - Yəmən
11:30 İndoneziya - Moldova
11:30 Benin - Kuba
11:30 Tunis - Namibiya
11:30 Fransa - Trinidad və Tobaqo
11:30 Yaponiya - Mozambik
11:30 Nigeriya - Yeni Kaledoniya
11:30 Honduras - Hindistan
12:45 Macarıstan - Malavi
12:45 Lüksemburq - Liberiya
12:45 Vyetnam - Ruanda
12:45 Şotlandiya - Nikaraqua

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsini üçüncü pillədə tamamlayaraq C Divizionunda çıxış etmək hüququ qazanıb. AF qrupunda mübarizə aparan yığma Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Beş qarşılaşmada 9 xal toplayan millimiz qrupu üçüncü sırada başa vurub.
Turnirin təqviminə uyğun olaraq, Azərbaycan seçməsi 28-30 oktyabr tarixlərində daha beş görüş keçirəcək. Beləliklə, yığmanın mundialdakı oyunlarının ümumi sayı 10-a çatacaq.
Dünya çempionatında FIFA-ya üzv 189 ölkənin assosiasiyalarını təmsil edən komandalar iştirak edirlər. Yarış çərçivəsində ümumilikdə 1000-ə yaxın qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.

Oktyabrın 30-da yekunlaşacaq mundialın əsas oyun məkanı Hövsan Yarış Kompleksidir. Çempionatın final qarşılaşması isə Bakı Kristal Zalında təşkil olunacaq.

İdman.Biz