Lionel Messinin qol, "İnter Mayami"nin qələbə seriyası sona çatıb - VİDEO

Xəbərlər
17 İyul 2025 12:18
63
Lionel Messinin qol, "İnter Mayami"nin qələbə seriyası sona çatıb - VİDEO

Lionel Messinin çıxış etdiyi "İnter Mayami" MLS-in növbəti turunda səfərdə "Sinsinnati"yə 0:3 hesabı ilə uduzub.

İdman.biz xəbər verir ki, bununla argentinalı ulduzun ardıcıl beş oyun davam edən qol seriyası sona çatıb.

Messi MLS-də əvvəlki beş matçın hər birində dubla imza atmışdı.

"İnter Mayami"nin kapitanı cari mövsümdə 17 oyunda 16 qol vurub və 6 məhsuldar ötürmə edib.

Floroda təmsilçisinin MLS-dəki üç oyunluq qələbə seriyası da bu məğlubiyyətlə başa çatıb. Komanda hazırda Şərq Konfransında 38 xalla beşinci yerdə qərarlaşıb.

İdman.biz