Avropa Liqası: "Şaxtyor" və "Şerif" növbəti mərhələdə - NƏTİCƏLƏR

Xəbərlər
18 İyul 2025 01:57
71
Avropa Liqası: "Şaxtyor" və "Şerif" növbəti mərhələdə - NƏTİCƏLƏR

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

İdman.biz xəbər verir ki, baş tutacaq 8 görüşün yekununa əsasən mərhələ adlayacaq komandalar bəlli olub.

İlk görüşdə Ukrayna "Şaxtyor"u və Moldova "Şerif"i qazandığı böyük üstünlüyü qoruyub. İki oyunda isə qalib penalti seriyasında bəlli olub. "Levski" və AEK" səfərdə lotereyada mərhələ adlayıb.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları
17 iyul

20:00. “Aktobe” (Qazaxıstan) - “Legiya” (Polşa) - 0:1
İlk oyun: 0:1
20:00. "İlves" (Finlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:0
İlk oyun: 0:6
21:00. "Hakken" (İsveç) - "Spartak Trnava" (Slovakiya) - 2:2
İlk oyun: 1:0
21:30. ÇFR Kluj (Rumıniya) - "Paks" (Macarıstan) - 3:0
İlk oyun: 0:0
22:00. "Selye" (Sloveniya) - "Sabah" (Azərbaycan) - 2:3, ə.v. 1:0
İlk oyun: 3:2
22:00. "Hapoel Beer Şeva" (İsrail) - "Levski" (Bolqarıstan) - 0:0, ə.v. 1:1, pen. 1:3
İlk oyun: 0:0
22:00. "Priştina" (Kosovo) - "Şerif" (Moldova) - 2:1
İlk oyun: 0:4
23:00. "Partizan" (Serbiya) - AEK (Kipr) - 1:0, ə.v. 1:1, pen. 5:6
İlk oyun: 0:1

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçları iyulun 24-də keçiriləcək.

İdman.biz