AFFA-da yeni mövsümlə bağlı görüş - FOTO

Xəbərlər
16 İyul 2025 14:57
63
AFFA-da yeni mövsümlə bağlı görüş - FOTO

AFFA-nın təşkil etdiyi Qızlar liqalarının 2025/2026-cı illər mövsümündə iştirak edəcək komandalarının nümayəndələri və məşqçiləri ilə görüş keçirilib.

İdman.biz xəbər verir ki, qurumun inzibati binasında baş tutan görüşdə U-12, U-14, U-16 və Yüksək Qızlar Liqasının növbəti mövsümü ilə bağlı ümumi məlumat verilib.

Milli komandaların məşqçilərinin də qatıldığı toplantıda yeni mövsümlə əlaqədar fikir mübadiləsi aparılıb.

İdman.biz