Dünya çempionatında kim nə qədər qazanıb? - SİYAHI/FOTO

Xəbərlər
14 İyul 2025 21:55
47
Dünya çempionatında kim nə qədər qazanıb? - SİYAHI/FOTO

Klublararası dünya çempionatında çıxış edən komandaların gəlirləri bəlli olub.

İdman.biz xəbər verir ki, turnirin qalibi "Çelsi" 114,54 milyon dollarla siyahıya başçılıq edib.

London klubu və digər finalçı PSJ bu uğura görə 30 milyon dollar qabağa düşüblər. Həlledici oyunda 3:0 hesabı ilə qalib gələn "zadəganlar" əlavə 10 milyon qazanıblar. Paris təmsilçisi isə 106,84 milyon gəlir əldə edib.

Qeyd edək ki, ilk dəfə 32 komandalı formatda keçirilən mundialın mükafat fondu təxminən 1 milyard avro təşkil edib.

İdman.biz