Sloveniyada yaşayan azərbaycanlılar "Sabah" klubuna müraciət ediblər

Xəbərlər
14 İyul 2025 12:43
52
Sloveniyada yaşayan azərbaycanlılar "Sabah" klubuna müraciət ediblər

Sloveniyada yaşayan azərbaycanlılar "Sabah" klubuna müraciət ediblər.

İdman.biz xəbər verir ki, b barədə "Report"a Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Onun sözlərinə görə, həmyerlilərimiz komandanın sözügedən ölkədə keçirəcəyi UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı kluba müraciət ünvanlayıblar: "Bizi dəstəkləyəcək azarkeşlərin sayı oyun günü dəqiqləşəcək. Sloveniyada yaşayan həmyerlilərimizdən müraciət edənlər var. Amma yekun say oyun günü dəqiq bilinəcək".

Qeyd edək ki, "Selye" - "Sabah" oyunu iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz