FIFA və futbolçuların beynəlxalq həmkarlar ittifaqları razılığa gəliblər.
İdman.biz xəbər verir ki, mövsüm başa çatdıqdan sonra futbolçular üçün məzuniyyətin tətbiq edilməsi məcburi olacaq.
"Yahoo Sports" FIFA-nın bəyanatından sitat gətirib: "Hamı razıdır ki, oyunlar arasında ən azı 72 saatlıq istirahət olmalı və hər mövsümün sonunda futbolçular üçün azı 21 gün davam edən məzuniyyət dövrü təmin edilməlidir".
2024-cü ilin yayında Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro), eləcə də İngiltərə və Fransanın futbolçu ittifaqları FIFA-ya qarşı məhkəmə iddiası qaldırıblar. Onlar təşkilatı dünya çempionatında iştirakçıların sayını artırmaq və klub dünya çempionatının formatını dəyişmək səbəbilə yarış təqviminin həddən artıq yüklənməsində ittiham ediblər.
İdman.biz