Seneqal Afrika Millətlər Kubokunun qalibi oldu - YENİLƏNİB + VİDEO

Xəbərlər
19 Yanvar 2026 02:07
65
Seneqal Afrika Millətlər Kubokunun qalibi oldu - YENİLƏNİB + VİDEO

Afrika Millətlər Kubokunun final matçı başa çatıb.

İdman.Biz xəbər verir ki, görüş Seneqal millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın əsas və əlavə vaxtında dramatik anlar yaşanıb. 90+24-cü dəqiqədə Mərakeş millisinin hücumçusu Braim Dias penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bundan cəmi bir neçə dəqiqə sonra, 94-cü dəqiqədə Seneqal yığmasının yarımmüdafiəçisi Pap Qeye fərqlənərək finalın taleyini həll edən qolu vurub.

Qeyd edək ki, Seneqal millisi yarımfinal mərhələsində Misiri 1:0 hesabı ilə məğlub edib. Həmin oyunda yeganə qolu Sadio Mane vurub. Mərakeş isə yarımfinalda Nigeriya ilə əsas vaxtı 0:0 bitən qarşılaşmadan sonra penaltilər seriyasında 4:2 hesablı qələbə qazanaraq finala yüksəlmişdi.

01:21

Seneqal yığmasının hücumçusu Sadiyo Mane bütün oyunçuları soyunu-geyinmə otağından geri çağırdı. Təyin olunan penaltini Braim Dias panenka zərbəsi ilə vurmaq istəsə də, qapıçı qola imkan vermədi.

Oyun uzatma dəqiqələri ilə davam edir.

01:10

Afrika Millətlər Kubokunun final oyununda qalmaqallı hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, Seneqal millisi Mərakeşlə keçirilən həlledici qarşılaşmada oyunu yarımçıq tərk edib. Buna səbəb matçın əsas vaxtına əlavə olunan 100-cü dəqiqədə, hesab 0:0 olarkən baş hakimin Mərakeşin xeyrinə penalti təyin etməsi olub.

Qərarla razılaşmayan Seneqal millisinin baş məşqçisi və futbolçuları etirazlarını açıq şəkildə ifadə ediblər. Bundan sonra Seneqal komandasının bütün üzvləri meydanı tərk edib və oyun davam etdirilməyib.

İdman.Biz