Hakimə açıq mesaj: “Meydanda hamı gördü, biz daha yaxşı idik”

Xəbərlər
19 Yanvar 2026 03:15
39
Hakimə açıq mesaj: “Meydanda hamı gördü, biz daha yaxşı idik”

“Barselona”nın baş məşqçisi Hansi Flik “Real Sosyedad”la qarşılaşmadan sonra verdiyi açıqlamada nəticənin oyunun gedişini əks etdirmədiyini bildirib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis komandasının meydanda açıq-aşkar üstün olduğunu vurğulayıb.

Flikin sözlərinə görə, hakim mövzusu onun üçün əsas müzakirə predmeti deyil:

“Mən enerjimi o adamı – hakimi müzakirə etməyə sərf etmək istəmirəm. Stadionda olanlar da, oyunu televizordan izləyənlər də bu axşam nələrin baş verdiyini gördülər”.

Komandanın yarımmüdafiəçisi Frenki de Yonq da hakim idarəçiliyindən narazı qaldığını bildirib. Onun bu fikirlərinə Flik də dəstək verib:

“Mən futbolçu deyiləm, amma onunla razıyam”.

Baş məşqçi eyni zamanda transfer mövzusuna da toxunub. Flik Joao Kanselonun komandaya cəlb olunmasının səbəbini belə izah edib:

“Kanselu hər iki cinahda oynaya bilir. Biz də məhz buna görə onu transfer etdik”.

İdman.Biz