Fransanın “Brest” klubu Liqa 1-də nadir hadisə ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, “Lion”la keçirilən çempionat matçında “Brest” start heyətinə yalnız fransız futbolçuları daxil edib. Komanda meydana 11 yerli oyunçu ilə çıxıb. Fransa çempionatında bu cür hal sonuncu dəfə 2012-ci ilin mart ayında qeydə alınmışdı.
Maraqlıdır ki, qarşı tərəf olan “Lion”un start heyətində isə bir nəfər belə fransız futbolçu yer almayıb. Bu da oyunu statistik baxımdan daha da diqqətçəkən edib.
Qeyd edək ki, Liqa 1-də klubların start heyətində tam yerli futbolçularla meydana çıxması son illərdə demək olar ki, rast gəlinməyən haldır və “Brest”in bu seçimi xüsusi maraq doğurub.
