Milli Məclisin komandası Türkiyədə futbol turnirində iştirak edəcək

Xəbərlər
22 Noyabr 2023 16:45
267
Milli Məclisin komandası Türkiyədə futbol turnirində iştirak edəcək

Türkiyə Cümhuriyyətinin 100-cü il dönümünə həsr olunan parlamentlərarası futbol turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, Antalyada təşkil olunacaq yubiley yarışında 7 ölkə parlamentləri qalib adı uğrunda yarışacaqlar.

Turnirdə Azərbaycan və Türkiyə ilə yanaşı, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, Macarıstan və Rumıniya kollektivləri qüvvələrini sınayacaqlar.

Azərbaycan Milli Məclisini yarışda deputatlarımızdan Adil Əliyev, Tahir Mirkişili, Mahir Abbaszadə, Azər Badamov, Məzahir Əfəndiyev, Cəbi Quliyev, Nurlan Həsənov, Naqif Həmzəyev, Vüqar Bayramov, Tural Gəncəliyev və Ramin Məmmədov təmsil edəcəklər. Komandaya rəhbərliyi Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev edəcək.

Qeyd edək ki, parlamentlərarası futbol turnirinin püşkatma mərasimi noyabrın 23-də keçiriləcək. Antalyada “Glorias Sports Arena”da baş tutacaq qarşılaşmalar isə noyabrın 24-26-da olacaq.

Emin Ağa

İdman.biz