Pavol Şafranko: "Yenə 90 dəqiqəmiz var, sonadək döyüşəcəyik"

Xəbərlər
11 İyul 2025 09:05
51
Pavol Şafranko: "Yenə 90 dəqiqəmiz var, sonadək döyüşəcəyik"

"İkinci hissə fərqli alındı. Son dəqiqədə şanssız top buraxdıq və məğlub olduq".

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Sabah" komandasının futbolçusu Pavol Şafranko evdə Sloveniya "Selye"sinə 2:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Slovakiyalı hücumçu bildirib ki, matçın sonlarında konsentrasiyanı itirmələri məğlubiyyətə gətirib çıxarıb: "Görüşün sonlarında fiziki cəhətdən rəqibdən zəif olmağımız sizin fikrinizdir. Düşünmürəm ki, məğlubiyyət bununla bağlı idi. Sadəcə, son dəqiqələrdə konsentrasiyanı itirdik və şanssız qolla uduzduq. Yenə 90 dəqiqəmiz var, sonadək döyüşəcəyik".

"Dubl edərək, tarixə keçməyimə sevinirəm. Cavab görüşündə mərhələni keçmə şansımızın nə qədər olduğunu Allah bilir", - deyə 30 yaşlı forvard fikirlərini tamamlayıb.

Qeyd edək ki, Pavol Şafranko 3-cü və penaltidən 18-ci dəqiqədə fərqlənib.

İdman.biz

Məqalədə: