"Zirə"nin Xorvatiyada "Hayduk"la keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun hakimləri açıqlanıb.
İdman.biz xəbər verir ki, qarşılaşma italiyalı hakimlər briqadasına həvalə edilib.
Görüşdə baş hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. Cüzeppe Perrotti və Xaled Bahri isə onun köməkçiləri olacaqlar.
Dördüncü hakim vəzifəsini Paride Tremolada yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 31-də keçiriləcək oyunun start fiti saat 23:00-da veriləcək. Bakıdakı qarşılaşma isə iyulun 23-də olacaq.
İdman.biz