“Şamaxı”da portuqaliyalı yarımmüdafiəçi

Xəbərlər
6 İyul 2025 20:02
48
“Şamaxı”da portuqaliyalı yarımmüdafiəçi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.biz xəbər verir ki, ötən mövsüm Azərbaycan çempionatını 7-ci yerdə başa vuran komanda portuqaliyalı yarımmüdafiəçi Diogo Balaunu heyətinə qatıb.

25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ki, Balau son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.

İdman.biz