Kilian Mbappe, Viktor Osimhen, Viktor Gyökereş - 2025-ci ildə qapıçıların qənimi

Xəbərlər
5 İyul 2025 12:42
64
Kilian Mbappe, Viktor Osimhen, Viktor Gyökereş - 2025-ci ildə qapıçıların qənimi

IFFHS 2025-ci ilin ilk yarısında ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, Kilian Mbappe Fransa millisinin heyətində UEFA Millətlər Liqasında vurduğu iki qolla rəqibləri ilə arasındakı fərqi daha da artırıb.

Madrid "Real"ının forvardı, 21-i İspaniya çempionatında və 3-ü ölkə kubokunda, 5-i beynəlxalq klub turnirlərində və 2-si də milli komandada olmaqla, ümumilikdə 31 qolla liderdir.

Ardıcıl 8 oyunda qol vurduqdan sonra xəstəlik səbəbindən klubların dünya çempionatının qrup mərhələsində oynamayan Mbappe "Real"ın mundialdakı qalan oyun və ya oyunlarında qol hesabını artıra bilər.

Ötən mövsümü "Qalatasaray"da keçirən Nigeriya millisinin hücumçusu Viktor Osimhen 28 qolla siyahıda ikinci, "Sportinq"in isveçli forvardı Viktor Gyökereş isə 27 qolla üçüncüdür.

İdman.biz