“Araz-Naxçıvan” - “Aris” oyununun hakimləri dəqiqləşib

Xəbərlər
4 İyul 2025 13:06
45
“Araz-Naxçıvan” - “Aris” oyununun hakimləri dəqiqləşib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan” – “Aris” oyununun hakimləri açıqlanıb.

İdman.biz xəbər verir ki, Bakıdakı matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Andrey Çivulete olacaq. Ona Mirça Qriqoriu və Andrey Konstantinesku koməklik edəcəklər. Dördüncü hakim vəzifəsi Radu Petreskuya həvalə edilib.

Qeyd edək ki, qarşılaşma iyulun 24-də, “Dalğa Arena”da keçirəcək.

İdman.biz