"Roma" "Lion"un və Gürcüstan millisinin hücumçusu Jorj Mikautadzeni transfer etmək niyyətindədir.
İdman.biz "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu 24 yaşlı futbolçu üçün 18 milyon avro və əlavə ödənişlər təklif etməyi planlaşdırır.
"Lion" isə forvardın satışından azı 20 milyon avro qazanmaq niyyətindədir. Daha əvvəl futbolçu ilə "Sanderlend" və "Ayntraxt" klublarının da maraqlandığı barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Mikautadze 2024/25 mövsümündə "Lion"un heyətində bütün yarışlarda 47 matçda 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun Fransa klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. "Transfermarkt" futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirir.
İdman.biz