AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
İdman.biz xəbər verir ki, o, UEFA-nın Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Beşiktaş” (Türkiyə) – “Brügge” (Belçika) matçında iş başında olacaq.
Qeyd edək ki, Məmmədov noyabrın 30-da Türkiyənin İstanbul şəhərindəki Beşiktaş Park stadionunda baş tutacaq oyunda UEFA-nın matç direktoru qismində çalışacaq.
İdman.biz