Dirk Kuyt Niderlandın ikinci divizionda çalışacaq

Xəbərlər
28 İyun 2025 16:00
39
Dirk Kuyt Niderlandın ikinci divizionda çalışacaq

Dirk Kuyt "Dordrext"in baş məşqçisi təyin olunub.

İdman.biz xəbər verir ki, 44 yaşlı niderlandlı mütəxəssis ölkəsinin səviyyəcə ikinci divizionda çıxış edən klubla 1 illik müqavilə bağlayıb.

Kuytun əvvəlki iş yeri 2023-cü il dekabrın sonundan rəhbərlik etdiyi Belçikanın "Beerschot" komandası olub.

"Dordrext"ə gəlincə, 2024/25 mövsümündə "Eerste Divisie"da 5-ci yeri tutan komanda Erediviziyaya vəsiqə uğrunda pley-offun ikinci mərhələsinə yüksəlsə də, "Villem II"yə məğlub olub.

Qeyd edək ki, Kuyt futbolçu karyerasının böyük hissəsini "Liverpul"da keçirib, həmçinin 2012-2015-ci illərdə "Fənərbaxça"nın hücum xəttində çıxış edib. O, 2004-2014-cü illərdə Niderland millisində 104 oyunda 24 qol vurub.

İdman.biz