İllik ən yüksək maaş alan 11 futbolçu - VİDEO

Xəbərlər
27 İyun 2025 10:44
52
İllik ən yüksək maaş alan 11 futbolçu - VİDEO

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun maaşı açıqlanıb.

İdman.biz xəbər verir ki, 40 yaşlı portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2027-ci ilin yayına kimi yeni müqavilə imzalayıb.

Jurnalist Tankredi Palmerinin yazdığına görə, Ronaldo bu anlaşmaya əsasən, illik rekord məbləğdə məvacib - 263 milyon avro alacaq.

O, həmçinin illik ən yüksək maaş alan 11 futbolçunun adını da açıqlayıb:

1. Kriştiano Ronaldo ("Əl-Nəsr") — 263 milyon avro
2. Kərim Benzema ("Əl-İttihad") — 200 milyon avro
3. Lionel Messi (“İnter Mayami”) — 200 milyon avro
4. Kilian Mbappe ("Real Madrid") — 77,5 milyon avro
5. Sadio Mane ("Əl-Nəsr") — 41 milyon avro
6. Marselo Brozoviç ("Əl-Nəsr") — 33 milyon avro
7-8. Erlinq Holand ("Mançester Siti") — 30 milyon avro
7-8. Riyad Mahrez ("Əl-Əhli") — 30 milyon avro
9-11. N'Qolo Kante ("Əl-İttihad") — 25 milyon avro
9-11. Kalidu Koulibali ("Əl-Hilal") — 25 milyon avro
9-11. İvan Toney ("Əl-Əhli") — 25 milyon avro

İdman.biz