Stadionu təmir olunan "Kəpəz" bu gedişlə yeni mövsümdə də "sürgün həyatı" yaşayacaq.
İdman.biz Sport24.az-a istinadən xəbbər verir ki, "sarı-göylər"in "doğma divar" həsrəti 2025-ci ildə də sona yetməyəcək.
Məsələ ilə bağlı etibarlı mənbədən redaksiyamıza daxil olan bilgiyə əsasən, Gəncə stadionunun III MDB Oyunlarının startına qədər istifadəyə verilməsi planlaşdırılsa da, "Kəpəz" ən yaxşı halda doğma arenanın xidmətindən 2026-cı ilin yazında yararlana biləcək. Səbəb isə ot örtüyü göstərilir.
Mütəxəssislərin fikrincə, qış aylarında yeni salınacaq təbii örtüklü qazon yükləməyə tab gətirməyə bilər.
Qeyd edək ki, Gəncə təmsilçisi 2024/25 "futbol ili"ndə ev oyunlarını Tovuzda keçirib.
İdman.biz