Rza Cəfərova Rumıniyadan TƏKLİF

Xəbərlər
26 İyun 2025 19:19
34
Rza Cəfərova Rumıniyadan TƏKLİF

Bunadək 12 oyunçu ilə yollarını ayıran "Neftçi"də daha bir ayrılıq gözlənilir.

İdman.biz "FutbolPress"ə istinadən xəbər verir ki, "ağ-qaralar"ın qapıçısı Rza Cəfərov Rumıniyanın köklü klublarından birinin "radarına" düşüb.

2021-ci ildən "Neftçi"nin qapısını qoruyan 21 yaşlı qolkiperə görə rəsmi təklifin gəldiyi bildirilir.

Qeyd edək ki, Rza başa çatan mövsümdə Premyer Liqada 31 oyunda 45 qol buraxıb. O, 5 matçda qapısını toxunulmaz saxlayıb.

İdman.biz