"Tottenhem"in sabiq futbolçusu Azərbaycan klubunda

Xəbərlər
24 İyun 2025 11:12
66
"Tottenhem"in sabiq futbolçusu Azərbaycan klubunda

Kristian Sebalyos yenidən "Sabah"a qayıdıb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, ispaniyalı veteran futbolçu bu dəfə məşqçi kimi "tələblərə” kömək edəcək.

O, yeni baş məşqçi Valdas Dambrauskasın məşqçilər korpusunda yer alacaq.

32 yaşlı gənc mütəxəssisin futbolçu karyerasında son klubu "Sabah" olub. Sebalyos Masazır təmsilçisinin heyətində 31 oyunda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, bir neçə ay əvvəl karyerasını başa vuran ispaniyalı "Sabah"dan öncə Belçikada “Sent-Trüden”, Qətərdə “Qətər”, “Əl Vakra”, İngiltərədə “Tottenhem” və “Çarlton” kimi klublarda forma geyinib.

İdman.biz