Bu gün dünya futbolunun əfsanəsi Lionel Messinin 38 yaşı tamam olur.
İdman.biz xəbər verir ki, o, 1987-ci il iyunun 24-də Argentinanın Rosario şəhərində anadan olub.
Peşəkar karyerasının böyük hissəsini "Barselona"da keçirən Messi həmçinin PSJ-də, 2023-cü ildən isə "İnter Mayami"də çıxış edir.
O, karyerası ərzində dəfələrlə nüfuzlu turnirlərin qalibi olub, titul və mükafatlar qazanıb, çoxsaylı rekord və nailiyyətlərə imza atıb.
Ən son uğuru elə bu günə təsadüf edib. "Opta"nın məlumatına görə, "İnter Mayami" ilə klubların dünya çempionatında 1/8 finala çıxan Messi bütün karyerası ərzində heç vaxt heç bir turnirin qrup mərhələsində mübarizəbni dayandırmayıb. 33 cəhddən 33-ü də uğurlu olub!
O, 2005-ci ildən bəri Argentina millisində keçirdiyi 193 oyunda 112 qol vurub, 2022-ci ildə dünya çempionu olub.
Hamıdan çox - 8 dəfə "Qızıl top"u qazanan Messi 2020-ci və 2023-cü illərdə dünyanın ən yaxşı idmançısı kimi "Laureus" mükafatına layiq görülüb.
İdman.biz