“Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis klubun futbol kollektivinin "sükanı arxasına" keçən həmyerlisi Valdas Dambrauskasın təyinatını dəyərləndirib.
İdman.biz xəbər verir ki, mütəxəssis bu barədə “Report”a danışıb.
O, “Sabah”ın yeni baş məşqçisi haqqında müsbət fikirlər səsləndirib: "Valdas Dambrauskası tanıyıram. Yaxşı məşqçidir. Beynəlxalq təcrübəyə malikdir. Ona və futbol komandamıza uğurlar arzulayıram. Mən həmişə "Sabah"ın oyunlarını izləməyə gedirəm. Düşünürəm ki, o da bizim oyunlarımızda dəstək verməyə gələcək”.
Qeyd edək ki, rusiyalı mütəxəssis Vasili Berezutski ilə yolları ayıran “Sabah” bir neçə gün öncə litvalı V.Dambrauskasla 3 illik müqavilə imzalayıb.
İdman.biz