Yaşar Vahabzadə: "Yenilənmiş "Qarabağ"ı izləmək hamı üçün maraqlı olacaq"

Xəbərlər
19 İyun 2025 15:55
34
Yaşar Vahabzadə: "Yenilənmiş "Qarabağ"ı izləmək hamı üçün maraqlı olacaq"

"Kağız üzərində "Qarabağ" Həm İrlandiya, həm də Şimali İralandiya təmsilçisindən üstündür. Fikrimcə, ağdamlılar favorit statusunu doğruldacaq və növbəti mərhələyə adlayacaq".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Vahabzadə deyib.

Təcrübəli mütəxəssis turnirin I təsnifat mərhələsində baş tutacaq "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) matçının qalibi ilə qarşılaşacaq "Qarabağ"ın şanslarını dəyərləndirib: "Açığı, rəqiblər barədə geniş məlumatım yoxdur. Onların nəyə qadir olduğunu "Qarabağ"la ilk görüşdən sonra biləcəyik. Qurban Qurbanovun komandasına gəlincə, mövsümlərarası fasilədə kollektivi tərk edənlər oldu. Əvəzində düşərgəyə yeniləri qoşulur və qarşıdakı günlərdə də gələnlər olacaq. Yenilənmiş "Qarabağ"ı iş başında izləmək hamı üçün maraqlı olacaq. Arzumuz təmsilçimizi Çempionlar Liqasının əsas mərhələsində görməkdir ki, ağdamlılar özləri də bunu hamıdan çox istəyir".

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.

İdman.biz