Alman klubları Emreli ilə yenidən danışıqlar başlayıb

Xəbərlər
16 İyun 2025 15:08
50
Alman klubları Emreli ilə yenidən danışıqlar başlayıb

Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin “Hall Siti”nin təklifindən imtina etməsindən sonra Almaniya klubları yenidən hərəkətə keçib.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, karyerasına Almaniyada davam etmək istəyən Emreli Türkiyə Superliqasında da oynamaq variantından imtina edib.

Məlumata görə, “Herta” və “Hoffenhaym” klubları Mahirlə danışıqları bərpa ediblər. Hər iki klub ona 1+1 illik müqavilə təklif edib. Başa çatan mövsümü “Nürnberq”də başa vurmuş Emrelinin seçimini hansı klubdan yana edəcəyi hələ ki bəlli deyil.

İdman.biz