Liverpul klubunun 10 xalı silinib

Xəbərlər
17 Noyabr 2023 17:59
265
Liverpul klubunun 10 xalı silinib

İngiltərənin "Everton" klubu cəzalandırılıb.

İdman.biz xəbər verir ki, Liverpul təmsilçisinin Premyer Liqada 10 xalı silinib.

Buna onların maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Bildirilib ki, araşdırmalar nəticəsində “Everton”un 2021/22 mövsümündə 125,4 milyon funt sterlinq itirib. Bu isə 105 milyon funt sterlinqi keçməməlidir.

Nəticədə 14 xalla 14-cü yerdə olan “Everton” bu qərardan sonra 19-cu pilləyə enib.

İdman.biz