“Qəbələ”nin yeni baş məşqçisi komandaya təqdim olunub - FOTO

17 Sentyabr 2026 23:56
116
“Qəbələ”nin yeni baş məşqçisi komandaya təqdim olunub

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri komandaya təqdim olunub.

İdman.Biz xəbər verir ki, klubun prezidenti Fariz Nəcəfov bugünkü məşqdən əvvəl 44 yaşlı mütəxəssisi futbolçulara təqdim edib.

Beqiri sentyabrın 20-dən etibarən “Qəbələ”də fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Şimali Makedoniyadan olan mütəxəssislə “1+2” illik müqavilə imzalanıb. Beqiri son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib.

İdman.Biz