Səbuhi Abdullazadə: “Bu gün millidə komanda ruhu var”

Xəbərlər
11 İyun 2025 14:12
90
Səbuhi Abdullazadə: “Bu gün millidə komanda ruhu var”

“Bu gün millidə komanda ruhu var”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə deyib.

O, yığmanın Bakıda Macarıstan yığmasına qarşı keçirdiyi yoldaşlıq oyununu dəyərləndirib. 23 yaşlı yarımmüdafiəçi bildirib ki, 1:2 hesabı ilə uduzduqları qarşılaşma maraqlı məqamlarla yadda qalıb: “Çətin rəqibə qarşı oynadıq. Onların nəyə qadir olduğunu əvvəlcədən bilirdik. Buna baxmayaraq, qələbə üçün meydana çıxmışdıq, sona qədər də mübarizə apardıq. Təəssüflər olsun ki, qələbə qazanıb xalqımızı sevindirə bilmədik. Əlbəttə, hər kəs milliyə ölkəni xalqı təmsil etdiyini başa düşərək gəlir. Ümid edirəm, növbəti oyunlarda bunu bacaracağıq”.

Abdullazadə Latviya ilə yoxlama oyunu barədə də danışıb: “Onlarla müqasiyədə Macarıstan daha çətin rəqib idi. Ancaq bu matçda daha çox qol imkanlarımız oldu. Təəssüf ki, imkanlardan yararlana bilmədik”.

Qeyd edək ki, millimiz Latviyada keçirilən yoldaşlıq görüşündə heç-heçə edib – 0:0.

Aytac Sahəd
İdman.biz