Azərbaycan - Macarıstan: Oyun necə bitəcək? - SORĞU

Xəbərlər
10 İyun 2025 14:00
109
Azərbaycan - Macarıstan: Oyun necə bitəcək? - SORĞU

Bu gün Azərbaycan millisi Macarıstan yığmasına qarşı yoldaşlıq matçı keçirəcək.

Ölkəmizin məşhur idmançıları və mütəxəssisləri İdman.biz-in sorğusuna cavab olaraq millimizin şanslarını dəyərləndiriblər.

Respondentlərin əksəriyyəti görüşdə heç-heçəyə ümid edirlər. Həmçinin Azərbaycan və ya Macarıstanın qalib gələcəyini proqnozlaşdıranlar da var.

Zeynəb Məmmədyarova (şahmatçı) - 1:3
Aybəniz Babayeva (güllə atıcısı) - 2:1, 3:1
Raziyə Əliyeva (voleybolçu) - 2:1
Firdovsi Umudov (AAF-ın vitse-prezidenti) - 2:1
Əliabbas Rzazadə (güləşçi) - 1:1
Balabəy Ağayev (cüdoçu) - 3:1
Rəcəb Fərəczadə (Veteran futzalçı) - 1:1
İmaməddin Xəlilov (parataekvondoçu) - 1:1
Ağaseyid Qasımov (minifutbol millimizin üzvü) - 1:1
Rafiq Hüseynov (güləşçi) - 1:2
Davud Kərimi (minifutbol millimizin sabiq üzvü) - 0:0, 1:1
Mehman Məmmədov (MMA döyüşçüsü) - 0:2

Qeyd edək ki, Azərbaycan və Macarıstan yığmaları arasında "Liv Bona Dea Arena"da təşkil olunacaq qarşılaşmaya saat 20:00-da start veriləcək.

Mehri Qurban
İdman.biz