Yığmamız Uels və Kosovo ilə eyni qrupda - PÜŞK

Xəbərlər
10 İyun 2025 12:30
44
Yığmamız Uels və Kosovo ilə eyni qrupda - PÜŞK

17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2025/2026 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millilərinin rəqibləri müəyyənləşib.

B Liqasının 1-ci qrupunda yer alan U-17 Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 5-ci qrupunda qərarlaşan U-19 isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında keçiriləcək.

Turnirin təşkil olunacağı ölkə və tarixlər hələlik dəqiqləşməyib.

İdman.biz