Bakıda məşqçilik kursu keçiriləcək

Xəbərlər
10 İyun 2025 10:50
41
Bakıda məşqçilik kursu keçiriləcək

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyilə iyunun 18-dən 20-dək UEFA-nın “HatTrick” proqramı çərçivəsində Bakıda “D” kateqoriyalı məşqçi kursları keçiriləcək.

İdman.biz xəbər verir ki, 3 günü əhatə edəcək kurs zamanı dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olacaq.

Təlimlər AFFA-nın məşqçi kurslarının təlimatçıları tərəfindən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunacaq.

İdman.biz