Fernandu Santuş: “Futbolçular müəyyən qədər yorğundur”

Xəbərlər
9 İyun 2025 16:30
134
Fernandu Santuş: “Futbolçular müəyyən qədər yorğundur”

“Macarıstan komandasını tanıyıram, bilirəm ki, yaxşı təşkil olunmuş komandadır”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl mətbuat konfransında deyib.

70 yaşlı portuqaliyalı mütəxəssis sabah onları çətin qarşılaşmanın gözlədiyini bildirib: “Hazırda Emil Bədəlov zədəlidir. Başqa zədəli yoxdur. Uzun yoldan gəlmişik. Futbolçular müəyyən qədər yorğundur. Həmçinin Macarıstanı da yaxşı təhlil etmişik. Onların müdafiədə və hücumda necə oynadıqlarını bilirik”.

Onun sözlərinə görə, komanda oyuna hazırdır: “Macarıstan yaxşı komandadır. Azərbaycan millisi onlara 2020-ci ildə oynayıb. Ancaq mən keçmişi xatırlamaq istəmirəm. Hazırki Macarıstan yığmasına qarşı komandanı hazırlamışam”.

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.

Aytac Sahəd
İdman.biz