Bəhlul Mustafazadə: “Ümid edirəm ki, yaxşı oyunla qələbə qazana biləcəyik”

Xəbərlər
9 İyun 2025 16:26
63
Bəhlul Mustafazadə: “Ümid edirəm ki, yaxşı oyunla qələbə qazana biləcəyik”

“Rəqib güclüdür, onlara qarşı layiqli mübarizə aparmağa çalışacağıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Macarıstan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

O bildirib ki, sabahkı görüş Latviya ilə qarşılaşmadakı (0:0) nəticə psixoloji baxımdan o qədər də təsir etməyəcək: “Biz hazır olmağa məcuruq. Görüş Bakıda olacağından şanslar 50/50-yədir. Əlimizdən gələni edəcəyik ki, baş məşqçi Fernandu Santuşun tapşırıqlarını yerinə yetirək. Yaxşı oyunla uğur qazanmağın mümkün olduğunu düşünürəm. Ümid edirəm ki, yaxşı oyunla qələbə qazana biləcəyik. ”.

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.

Aytac Sahəd
İdman.biz