"Monteneqrolu futbolçular baş hakimi təhqir edirdi".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Vüqar Mustafayev deyib.
U-21-in baş məşqçi Ayxan Abbasovun köməkçisi olan Mustafayev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Monteneqro (0:0) oyunundan sonra kütləvi davanın baş verməsindən danışıb: "Rəqibin oyunçuları hakimin üstünə getdilər. Bizim futbolçular da referini qorumaq üçün onları uzaqlaşdırmağa çalışırdılar. Rəşad Əhmədov bizimkidir. Ona görə də uşaqlar qonaq futbolçuların ona təzyiqi ilə barışmadılar. Hər şey ordan başladı. Biz də futbolçuları ayırmağa gedəndə, biz qarşı da aqresiv davrandılar. Düzdü, xoşagəlməz haldı, ancaq belə vəziyyətlərdə azərbaycanlı kimi bir-birimiz müdafiə etməliyik".
Qeyd edək ki, dünən Sumqayıtda keçirilən Azərbaycan - Monteneqro oyunu qolsuz başa çatıb.
İdman.biz