“Turan-Tovuz” Anton Kraçkovskidən imtina edib

Xəbərlər
6 İyun 2025 18:57
48
“Turan-Tovuz” Anton Kraçkovskidən imtina edib

“Turan-Tovuz” rusiyalı yarımmüdafiəçi Anton Kraçkovskinin xidmətindən imtina edib.

İdman.biz xəbər verir ki, bu barədə məlumat Rusiya mətbuatında yer alıb.

İcarə əsasında Tovuz klubunda çıxış edən 22 yaşlı futbolçu “Dinamo”ya (Mahaçqala) geri dönüb. Bu ilin yanvarından “Turan Tovuz”da oynayan Anton etimadı doğrultmayıb.

Qeyd edək ki, tərəflər arasındakı müqavilənin şərtlərinə görə razılaşmanın müddəti 1 il artırıla bilərdi.

İdman.biz