Millimiz Latviyaya yollanıb – FOTO

Xəbərlər
5 İyun 2025 13:38
54
Millimiz Latviyaya yollanıb – FOTO

Yoldaşlıq görüşü çərçivəsində Latviya yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunun keçiriləcəyi Riqa şəhərinə yola düşüb.

İdman.biz xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 13:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Komandamız iyunun 6-da Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı “Skonto” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

İdman.biz