“Araz-Naxçıvan” onunla müqaviləni yeniləməyib

4 İyun 2025 13:34
273
“Araz-Naxçıvan” onunla müqaviləni yeniləməyib

“Araz-Naxçıvan” bir futbolçusu ilə vidalaşıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, Premyer Liqanın bürünc medalçısı Vadim Abdullayevlə yollarını ayırıb.

31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, Abdullayev 2022-ci ildən “Araz-Naxçıvan”da oynayırdı.

İdman.biz