İki klubdan təklif alan Slavik Alxasovun “Araz-Naxçıvan”da qalmasının SƏBƏBİ

Xəbərlər
3 İyun 2025 14:09
71
İki klubdan təklif alan Slavik Alxasovun “Araz-Naxçıvan”da qalmasının SƏBƏBİ

“İki yerli klubdan təklif alsam da, “Araz-Naxçıvan”da qalmağı seçdim”.

Bunu İdman.biz-ə “Araz-Naxçıvan”la müqaviləsini daha 1 il uzadan Slavik Alxasov deyib.

O bildirib ki, komandada özünü çox xoşbəxt hiss etdiyi üçün bu addımı atıb: “Klubda hər şey qaydasındadır, kollektiv çox mehribandır. Bu səbəbdən yeni müqaviləyə qol çəkdim. “Araz-Naxçıvan”da özümü xoşbəxt hiss edirəm, komanda ilə tarix yazdıq, avrokuboka vəsiqə qazandıq. Çalışacağıq ki, uğurlu çıxış edək. Bizim üçün çətin olacaq, lakin rəqiblərdən çox şey asılıdır”.

Qeyd edək ki, Alxasov 2024-cü ilin fevralından “Araz-Naxçıvan”da çıxış edir. Bu müddət ərzində 35 matça çıxan müdafiəçi 3 məhsuldar ötürmə müəllifi olub.

Mehri Qurban
İdman.biz